Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir. Bu, nağdsız ödənişlərin COVİD-19 virusu ilə yoluxma təhlükəsini azaltmasına dair Azərbaycan Banklar Assosiasiyasının tövsiyələrində qeyd olunub. ONN media -ya Assosiasiyadan verilən məlumata görə, xüsusilə də insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin ciddi şəkildə yuyulması və ümumiyyətlə, zərurət olmadıqda bankomatdan istifadənin minimuma endirilməsi tövsiyə edilir. Həmçinin, ÜST-nin araşdırmalarına əsasən bu kimi virusların kağız əskinaslarla yayılmasının mümkünlüyünü nəzərə alaraq, ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirməsi məqsədəuyğundur. Qeyd edək ki, POS-terminallarda 50 manat və ondan aşağı məbləğlərdə PİN-kod daxil etmədən əməliyyatın aparılması mümkündür. Yəni ödəniş kartını ticarət obyektlərinin kassirinə təqdim etmədən yalnız POS-terminala yaxınlaşdırmaqla ödəniş aparmaq olar. Hazırda ölkədə fəaliyyət göstərən 25 mindən çox təsərrüfat subyektində təmassız ödənişlər qəbul edən POS-terminal quraşdırılıb. Azərbaycan Banklar Assosiasiyası olaraq nağd puldan istifadəni minimallaşdırmaq üçün kütləvi xarakter daşıyan xidmətlər, xüsusilə də kredit, kommunal, mobil telefon və digər ödənişlərin internet üzərindən və ya bankların təqdim etdiyi mobil və internet bankçılıq xidmətləri vasitəsilə nağdsız formada həyata keçirilməsinə üstünlük verilməsi də tövsiyə edilir.
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - CİDDİ XƏBƏRDARLIQ



Azərbaycan vizaların rəsmiləşdirilməsini dayandırdı
Sabahdan ölkədəki iri ticarət mərkəzləri və “Mall”ar BAĞLANIR
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Koronadan ölənlərdən virus keçə bilərmi? - Açıqlama
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı
Formula 1 yarışı ləğv olunur?
Ölkədə virusa yoluxma artır - Operativ Qərargah
Azərbaycan ÜST-lə mühüm saziş imzaladı
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
"Formula 1" yarışı ləğv olunacaq? — Operativ qərargahdan cavab
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 