ONN media xəbər verir ki, “Bu şəhərdə” komandası Prezidentin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat ianə edib. “Bu şəhərdə” teatrının konsertlərinin təxirə salındığı və gəlirinin tamamilə olmamasına baxmayaraq, bu addımı atması maraq və sayğı ilə qarşılanıb. Bu barədə açıqlama verən “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov bildirib ki, kollektiv bu böyük kampaniyadan kənarda qala bilməzdi: “Koronavirusla Mübarizəyə Dəstək Fondu, Prezidentin də qeyd etdiyi kimi, xalqımızın həmrəylik kampaniyasına çevrilib. Dövlətimizin koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə dəstəyimizi ifadə etməyin bir yolu da bu kampaniyaya qoşulmağımızdır. İnanıram ki, bu təhlükəni ən yaxın müddətdə tarixə çevirəcəyik və evdə qaldığımız bu günlər “Bu şəhərdə”nin səhnəciklərində gülüşlə xatırlanacaq”. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu 19 mart 2020-ci ildə yaranıb. Prezident öz ehtiyat fondundan bura 20 milyon köçürüb və ardınca bir illik əmək haqqını Fonda ianə edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bir illik əmək haqqını Fonda bağışlayıb. Hazırda Fondun vəsaitləri 106 milyon 214 min 726 manatdır. Fonda 5942 fiziki, 2156 hüquqi şəxs ianə edib.(kult.az)
“Bu şəhərdə”dən gözlənilməz ADDIM



Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər ianə yığılıb?
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği açıqlandı
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
Şəhid pilotumuzun xanımından FƏDƏKAR ADDIM
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
XİN koronavirusla mübarizəyə 215 000 manat ayırdı
Həştərxan İş Mərkəzi MMC prezidentin ÇAĞIRIŞINA QOŞULDU- FONDA VƏSAİT KÖÇÜRDÜ
Prezident bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin MƏBLƏĞİ AÇIQLANDI
Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139606 manat vəsait köçürdü
Koronavirusa görə fonda nə qədər vəsait toplanıb?
Mehriban Əliyevadan MÖHTƏŞƏM ADDIM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 