Koronavirus (COVID-19) pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara təsirini öyrənmək məqsədi ilə müzakirələr aparılıb. ONN media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib. Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək. Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarlara çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlığının təmin olunması üçün müvafiq təkliflər hazırlanır. Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldrılması üçün tədbirlər görülür. Özəl sektorun sosial məsuliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan, sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.
Sahibkarlara şad xəbər



Koronavirusla bağlı yaradılan işçi qrupun tərkibi - SİYAHI
AQTA sahibkarlara xəbərdarlıq etdi
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Bu sahibkarlara dəyən zərərin 4,7 mln manatı ödənilib
Məşğulluq və sosial məsələlərlə əlaqədar İşçi Qrup işəgötürənlərə xəbərdarlıq etdi
İlham Əliyev "Bakı KOB Evi"nin açılışında iştirak edib
Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb
Nazirlik korona ilə bağlı onlayn görüş keçirdi
"Diqlas"dakı malların çıxarılması başa çatdırıldı
Azərbaycanda bu şəxslərə maliyyə dəstəyinin göstərilməsinə başlanıldı
“Organic Food Festival 2019” başa çatdı
İctimai iaşə müəssisələrində yeni iş rejimi müəyyən edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 