İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə pandemiya ilə mübarizədə ictimai iştirakçılığın və nəzarətin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən ONN media-a bildirilib ki, qurumun rəhbər şəxslərinin, Milli Məclisin deputatlarının, ictimai təşkilatların və biznes assosiasiyalarının iştirakı ilə keçirilən görüşdə pandemiya ilə mübarizənin ümummilli məsələ olduğu və hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların və biznes assosiasiyalarının koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində fəal iştirakının, sosial məsuliyyətinin gücləndirilməsinin, vətəndaş təəssübkeşliyinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl etməyən şəxslərə, sahibkarlara qarşı ciddi ictimai qınaq formalaşmalı və bu sahədə ictimaiyyət nümayəndələrini, sahibkarları birləşdirən təşkilatlar və biznes assosiasiyaları daha fəal olmalı, özlərinin, yaxınlarının, təmsil etdikləri biznes sahəsinin müəyyən olunmuş tələblərə riayət olunmasını təmin etməli, maarifləndirmə və məlumatlandırma tədbirlərinə öz töhfələrini verməlidirlər. Diqqətə çatdırılıb ki, yalnız dövlət-biznes-vətəndaş birliyi ilə bu çətin mübarizədən qalib çıxmaq olar.
Onlayn görüşdə iştirak edən ictimai təşkilatlar və biznes assosiasiyalarının rəhbərləri pandemiya ilə mübarizədə həmrəyliklərini vurğulayıblar. Videokonfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-biznes-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və konkret layihələrin icrası barədə razılığa gəlinib.



155 obyekt sanitar-epidemioloji tələbləri pozdu
Azay Quliyevdən korona ilə bağlı 10 mühüm təklif
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
Daha 10 rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək - QƏRAR
Polis mülki geyimdə avtobuslarda reyd keçirdi - DİN
Bakıda reyd: Avtobus sürücülərinə xəbərdarlıq edildi
Dövlət Vergi Xidməti yeni strategiya hazırladı
DİQQƏT: Bakıda reydlər keçirilir
DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 