Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır. Milli Məclisin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, parlamentin 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapib. Bununla yanaşı Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilmiş, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub. Xatırladırıq ki, Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir.
Deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar – Spikerdən göstəriş



Bu gün Milli Məclisin plenar iclası keçiriləcək
Milli Məclisdə İLK DƏFƏ videokonfrans keçirildi
Yeni spikerdən ilk sərəncam: Güzəşt və qadağalar...
Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR
Deputatların maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA
Milli Məclis sabah iclas keçirəcək
Bu deputatlara maşın verilir - Siyahı
Deputatların maaşları artırıldı
Bitərəf deputatlar da Milli Məclisin buraxılmasını təklif etdi
Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ
Deputatlar bu tarixdən tətilə çıxır
Milli Məclis koronavirusa qarşı səfərbər oldu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 