Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi ölkədə elan edilmiş karantin rejimini nəzərə alaraq yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hər bir hərəkət iştirakçısı “Evdə qal” kampaniyasına qoşulmağa dəvət edilir. "Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız. Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və “Evdə qal” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır. Beləliklə də xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur. Sürücülərdən, xüsusən də hazırda paytaxda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar. Əlavə olaraq, bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər", - deyə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilir.
Yol polisi karantin rejimi ilə bağlı daha bir çağırış etdi



DİQQƏT: Bakının bu yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
DYP sürücülərə növbəti dəfə xəbərdarlıq etdi
Bu sürücülər 300 manat cərimə edilir - XƏBƏRDARLIQ
Bu gün bu yollarda hərəkət məhdudlaşdırılır - SİYAHI
Sabah bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
Bu yollarda hərəkət məhdudlaşdırılıb
DİQQƏT - Bu yollar bağlanacaq
Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı
DİQQƏT: Bakıda bu küçə və prospektlərdə hərəkət tam dayandırılacaq
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 