2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu ww.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. ONN media xəbər verir ki, bunu I sinfə şagird qəbuluna həsr olunmuş mətbuat konfransında Bakı şəhər Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. O bildirib ki, məktəb seçimi 13 mart 2020-ci il tarixindən 15 sentyabr 2020-ci il tarixinədək həyata keçiriləcək: "2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla). Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn 10 mart 2020-ci il tarixindən 13 mart 2020-ci il tarixinədək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir". Həmçinin o da qeyd edilib ki, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərəcək: "Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər.
I siniflərə şagird qəbulu ilə bağlı YENİLİK



Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR
Birinci sinfə qeydiyyat BU TARİXDƏN başlanılır
I sinfə elektron qeydiyyat başlayır
Vaildeynlərin NƏZƏRİNƏ!
Birinci sinfə qeydiyyat dayandırılır
Birinci sinfə qəbul prosesi bərpa edildi
I siniflərə şagird qəbulu üzrə məktəb seçimi prosesi BAŞLADI
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
I sinifə şagird qəbulu başlayır
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
I siniflərə şagird qəbulu nəvaxt başlayacaq?
Birinci sinfə qəbul onlayn aparılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 