Vergilərin hesabatlarının verilmə müddəti uzadıldı. Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb. Bu barədə ONN media -ya Vergilər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 2020-ci ilin martın 31-dək idi. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-na keçirilib.
Vergilərin hesabatlarının verilmə müddəti uzadıldı



Vergi ödəmələrinin vaxtı uzadıldı - BU SAHƏLƏR ÜZRƏ
Azərbaycanda aprelin 4-dək qeyri-iş günü elan edildi
Bu şəxslərə şad xəbər- Ödəmələrin vaxtı uzadıldı
Gələn ilin qeyri-iş günləri AÇIQLANDI
2024-cü ilin qeyri iş günləri açıqlandı
Əli Əsədov qərar imzaladı- Sabahdan başlayır
Mayda olan qeyri-iş günləri açıqlandı
Azərbaycanda 8 gün qeyri-iş günü olacaq
Azərbaycanda karantin rejimi uzadıldı
Gələn ilin bayram günləri açıqlandı
Martda 15 gün iş olmayacaq
Ramiz Mehdiyev onları məzuniyyətə göndərdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 