Xüsusi karantin dövrü ilə əlaqədar (31 mart - 31 may) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddətinə dəyişikliklər edilib. Bu barədə ONN media -ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Belə ki, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən ötən ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, bu ilin fevral və mart ayı üçün aylıq hesabatların və cari ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergilərin ödənilməsi müddəti mayın 5-nə qədərdir. Bundan başqa, fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən ötən ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, bu ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və cari ilin I rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergilərin ödənilməsi müddəti mayın 31-nə qədər uzadılıb. Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti bu il mayın 31-i saat 00:00-dək uzadılıb.
Vergi ödəmələrinin vaxtı uzadıldı - BU SAHƏLƏR ÜZRƏ



Bu şəxslərə şad xəbər- Ödəmələrin vaxtı uzadıldı
Vergilərin hesabatlarının verilmə müddəti uzadıldı
Vergilər Nazirliyindən növbəti xəbərdarlıq
Bu vergilər dövlət büdcəsinə ödənilməlidir
İcazələr yenidən aktivləşdirildi
Mikayıl Cabbarov yeni xidmət yaradıb- Artıq...
Baş nazirdən vergi ödəyiciləri ilə bağlı qərar
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda nağd pul kütləsi azalıb - SƏBƏB?
Koronovirusla bağlı Azərbaycanda ediləcək yardım proqramı açıqlandı – RƏSMİ
Nazirlik bu şəxslərə ayın sonuna qədər vaxt verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 