Paytaxtın Nəsimi rayonunun Akademik Feyzulla Qasımzadə küçəsi 24 ünvanında məişət tullantılarının daşınması ilə məşğul olan şəxslərin maskasız olduğu üzə çıxıb. ONN media xəbər verir ki, təmizlik işçilərinin maskasız və xüsusi forma olmadan çalışmasının onların koronavirusa yoluxma riskini artırdığından, narahatlıqla qarşılanıb. Məsələ ilə BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən saytımıza bildirilib ki, hazırda hər bir işçi xüsusi forma ilə təmin olunub və nəzarət gücləndirilib: “Artır bir neçə gündür ki, bütün kommunal təsərrüfatda məişət tullantılarının daşınması ilə məşğul olan şəxslər xüsusi forma ilə təmin edilib və onlara lazımi qədər maska, əlcək və digər virusdan qorunma vasitələri verilib. Bundan başqa koronavirusla əlaqədar gərgin iş rejimində çalışan təmizlik işçilərinin sanitar gigiyenik qaydalara əməl etmələri üçün nəzarət gücləndirilib. Təqdim edilən sözügedən fotonun isə köhnə olduğunu düşünürük”. Qeyd edək ki, foto 30 mart tarixində çəkilib və dərhal da BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin münasibətini öyrənmək üçün sorğu ilə birgə göndərilib. İdarə sorğuya iki gün sonra cavab verib və işçilərin lazımı qoruyucu vasitələrlə təmin olunduğunu əks etdirən fotolar da təqdim edib.
BŞİH: Maskasız təmizlik işçiləri- Foto



Məmurlar cəzalandırıldı: BU SƏBƏBƏ... - FOTO
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
Ərazini zibilləyən şadlıq evi cərimələndi
Küçələrdəki vəziyyətlə bağlı rəsmi açıqlama
Bu gün Bakının 550 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu ərazi nəzarətə götürüldü
Bir sıra məmurlar ciddi cəzalandırıldı
Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi
İcra Hakimiyyəti Bakı sakinlərinə MÜRACİƏT ETDİ: sabah...
Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələrinin növbəti partiyası gətirildi
Bakı təmizləndi
Azərbaycanda təmizlik idarəsi təmizliyə görə cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 