Bu gün səhər saatlarından etibarən Bakıda ekspress marşrut xətlərini gözləyən insanlar arasında yenə də sıxlıq yaşanıb. Gözləmə yerlərində 10-dan çox adam bir yerə toplaşıb və bununla da karantin rejiminin tələbləri pozulub. Sərnişinlər isə avtobusların gec gəldiyini və buna görə də, sıxlıq yaşandığını bildirirlər. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlanılıb. O, paytaxtda yetərincə avtobusların olduğunu deyib: “Insanlardan yeganə o tələb olunur ki, onlar karantin rejiminin tələblərinə əməl etsinlər”. Xatırladaq ki, ötən gün Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə marşrut avtobuslarında yaranan sıxlıqdan danışmışdı. Bildirmişdi ki, martın 31-də metroda 66 min sərnişin daşınıbsa, aprelin 1-də ekspress xətlərdə 68 min insan daşınıb: “Marşrut xətlərinə 2-3 avtobus əlavə edilib. Sıxlıq olmaması üçün insanlar evdə oturmalıdır. Zərurət olmadan evdən çıxan insanlar var. Biz reyd apardıq, ictimai nəqliyyatdan istifadə edənlərdən biri deyir oğlumu görməyə gedirəm, digəri deyir gəzməyə çıxmışam. Vətəndaşların gündəlik davranışları dəyişməlidir”.qafqazinfo
Bakı bu gün səhər... - Foto



Paytaxtdakı ekspress avtobuslar karantin rejimindən sonra da işləyəcək? - BNA açıqladı
Bakı avtobuslarında “təyyarə rejimi” – BNA-dan açıqlama
SON DƏQİQƏ: Bakı metrosu bu tarixədək bağlanır
BNA-dan marşrut sahiblərinə - TAPŞIRIQ
SON DƏQİQƏ: Bakıda bəzi ərazilərdə tıxac yaranıb - SİYAHI
BNA: Xəttə əlavə avtobuslar buraxılacaq
Bakıda bu marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi
Polis postlarındakı sıxlıq gecikmələrə səbəb olur - BNA
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
Bakıda bu marşrutların xəttinin hərəkət istiqaməti dəyişdirilir
BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?”
Marşrut avtobuslarında gediş haqqı 1 manat olacaq? - RƏSMİ AÇIQLAMA
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 