Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin axınına uyğun olaraq təşkil ediləcək. Həmçinin zərurət olan istiqamətlər üzrə xəttə əlavə avtobuslar buraxılacaq.
ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.
Bununla yanaşı 31 dekabr axşam saatlarından etibarən yanvarın 1-i gecə saatlarınadək şəhər yollarındakı işıqforların fəaliyyətinə nəzarət adi günlərlə müqayisədə artırılacaq. Sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə işıqforlarda yaşıl dalğa tətbiq ediləcək.



Avtovağzallar gücləndirilmiş iş rejiminə keçir
Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
Yalnız bu avtobuslar işləyəcək - SİYAHI
Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir - DİQQƏT
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır
BNA-da DƏYİŞİKLİK
Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - BNA
Bu marşrutların hərəkət istiqaməti DƏYİŞDİRİLDİ
Məktəblər açılır - Avtobusların sayı artırılacaq?
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 