"Təqdim olunan proqramlar yalnız biznesə və legal əmək bazarının iştirakçılarının hansısa formada müdafiəsi xarakteri daşıyır. İşsizlik müavinəti, sosial yardım kimi, sosial müdafiə mexanizmlərinin əhatə dairəsinin daha da genişləndirilməsi şərtdir. Bu proqramlar qeyri-legal əmək bazarı iştirakçılarına uyğun deyil". ONN media xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu yardımlardan fayadalanmaq üçün faktiki olaraq qanuni əmək bazarının iştirakçısı olmaq, əmək müqaviləsinə sahib olmaq kimi şərtlər var: "Görünən odur ki, indiki şəraitdə vətəndaşa birbaşa güzəştlər nəzərdə tutulmayıb. Elektrik enerjisinin təchizatı ilə bağlı olan məsələdə, bir abunəçi üçün 1 kv/saat elektrik enerjisinin aylıq limitinin artırılması aşağı qiymətə istehlaka şərait yaradıb. Bu da təxminən bir ailəyə 4 manat aylıq güzəşt deməkdir. Kommunal xidmətlər üzrə kiçik güzəştdir". İqtisadçı ekspert həmçinin qeyd edib ki, bütün kommunal xidmətlərdən, ödəniş haqlarından onların karantin dövründə azad edilməsi, həmin ailələrin sabit xərclərinin müəyyən qədər azalmasına və beləliklə də bu ailələrin maddi vəziyyətinin nisbətən sabit saxlanmasına, eyni zamanda həmin insanların karantin şərtlərinə əməl etməsinə müsbət ətsir göstərə bilər"(redaktor.az)
DİQQƏT: Əhalinin bu hissəsi pul ala bilməyəcək — AÇIQLAMA



Artımdan sonra kim nə qədər pensiya alacaq?
Elektrik enerjisi limiti artırıla bilər - Nazir açıqladı
Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Prezidentin 2020 hədəfi: maaşlar bu səviyyəyə qalxacaq
Pensiyalar nə vaxt ödənəcək?
Minimum maaş yenidən artacaq
Minimum əmək haqqı ilə bağlı şad xəbər
Minimum əmək haqqı artacaq - Ekspert məbləği AÇIQLADI
Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
Bu şəxslərə müjdə: 14% artım...
Pensiya artımları nə vaxtdan veriləcək?
Müharibə veteranlarına ŞAD XƏBƏR
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 