Pensiyaların artırılması istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyaları indeksləşdirilərək artırılacaq.
ONN media xəbər verir ki, bu barədə Qafqazinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. O bildirib ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ay ərzində təqdim olunacaq rəsmi məlumatda 2019-cu il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2020-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Artım cari ilin əvvəlindən tətbiq ediləcək və yanvar ayının pensiyalarına ediləcək artımlar fevral ayının pensiyası ilə birgə veriləcək. Pensiyaların indeksləşdirilərək artırılması pensiyaçıların təxminən 93-94 faizinə şamil olunacaq. Qalan pensiyaçılar isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplardır (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b.) ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq, bu ay ərzində sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə inflyasiya göstəricisinə uyğun indeksasiya edilərək artırılması təmin ediləcək.Pensiya artımları nə vaxtdan veriləcək?



Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Pensiyaların hansı məbləğdə artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Pensiyalarla bağlı yeni xəbər
Pensiyalar nə vaxt ödənəcək?
Pensiyalar nə qədər artırıldı? - Nazirlik açıqladı
Pensiyalar artımla biryerdə ödənilib- RƏSMİ
Pensiyalar bu gündən artımla birgə veriləcək
200 manat maddi yardım bu qədər pensiyaçıya veriləcək
Pensiya alanlara ŞAD XƏBƏR
Azərbaycanda pensiyalar artırıldı - İlham Əliyevdən SƏRƏNCAM
Pensiyaçıların sayı açıqlandı
Prezident pensiyalarla bağlı sərəncam verəcək - Aşağı pensiya alanlara nazirlikdən ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 