Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media-ya verilən məlumata görə, belə ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.
İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.
İlkin məlumata əsasən, 2019-cu ilin 1 yanvar tarixinə ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onlardan təxminən 94 faizinə şamil olunacaq.
Qalan pensiyaçılara isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. aiddir ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.
“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, bu ay ərzində pensiyalarla birgə, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması gözlənilir.



Pensiya artımları nə vaxtdan veriləcək?
Pensiyalarla bağlı yeni xəbər
Pensiyalar nə vaxt ödənəcək?
Pensiyaların hansı məbləğdə artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Pensiyalar nə qədər artırıldı? - Nazirlik açıqladı
Pensiyalar bu gündən artımla birgə veriləcək
Pensiyaçıların sayı açıqlandı
Azərbaycanda pensiyalar artırıldı - İlham Əliyevdən SƏRƏNCAM
Prezidentdən pensiya alanlara ŞAD XƏBƏR
İlham Əliyev pensiyalarla bağlı sərəncam imzaladı
200 manat maddi yardım bu qədər pensiyaçıya veriləcək
Pensiyalar artımla biryerdə ödənilib- RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 