Xüsusi karantin rejimi ilə əlaqədar artıq onlayn tədrisə keçən təhsil kursları aylıq ödənişlərdə şagird və abituriyentlərə heç bir güzəşt tətbiq etmirlər. Bu da valideynlərin narazılığına səbəb olur. Onlar bildirirlər ki, dərslərin onlayn keçirilməsinin ənənəvi metodla müqayisədə aşağı keyfiyyətli olmasına baxmayaraq, aylıq ödənişlərdə güzəşt yoxdur.
Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, kurslar onlayn dərslərə görə qiymətlərdə endirim etməlidirlər.
“Qlobal xarakter alan koronavirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi, təhsilə də təsirsiz ötüşməyib. Pandemiyadan qurtulmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılır, kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir, xalqımız isə həmrəylik, mütəşəkkillik və dözümlülük nümayiş etdirir. Belə bir şəraitdə kursların anlayış göstərərək müəyyən güzəştlərə getməməsi heç bir məntiqə sıxmır. Halbuki bu gün biz daha çox birlik, həmrəyliyik göstərməliyik. Hər şeydən əvvəl ona görə ki, gələcəyimiz olan təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işi, ümummilli məsələdir”, - o deyib.
Təhsil eksperti Elçin Əfəndi də bildirib ki, onlayn təhsilə keçən bütün kurslar təhsil haqqına endirim etməlidirlər:
“Bununla bağlı valideyn iradları bizə də gəlir. Hazırda ölkədə distant təhsil keçirilir. Özəl tədris mərkəzləri bu anda güzəşt etməyə borcludurlar. Heç bir valideyn sıxışdırılmamalıdır. Qeyd edim ki, bu irad bütün təhsil kurslarına aid deyil. Məsələn, “Zəfər” kursları valideynlərə kömək üçün təhsil haqqında 20 manat endirim edib. Bundan əlavə, dərsə qoşula bilməyən abituriyentlərə 15 GB-lik internet paketi hədiyyə verilib. Mən bütün dövlət və özəl təhsil müəssisələrini məhz bu cür addımlar atmağa çağırıram”.
Ekspert vurğulayıb ki, onlayn təhsil istənilən halda real təhsil qədər effektiv deyil. Ona görə də təhsil müəssisələri vəziyyəti düzgün qiymətləndirməlidirlər



Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?
Sentyabrda məktəblər açılacaq? - RƏSMİ
Ekspert: "Birinci kurslar dərslərə başlamayacaq, digər tələbələr isə..."
Dərslər bu tarixdən başlayacaq: onlayn, yoxsa canlı?
Məktəblərdə bu tarixdə 1 ay tətil olacaq?
Dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Dərslərin sentyabrın 15-də başlayacağı ilə bağlı — AÇIQLAMA
Məktəblərlə bağlı RƏSMİ AÇIQLAMA
Risk qrupunda olan müəllimlərlə bağlı - AÇIQLAMA
Ənənəvi tədrisə nə zaman qayıdacağıq? - AÇIQLAMA
Bakıda 5 müəllim və 1 uşaqda COVID-19 aşkarlandı
Təhsil kursları: şəraitsiz otaq, tozlu zal, savadsız müəllimlər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 