Xəbər verdiyimiz kimi, Türkiyədə dərslər avqustun 31-də başlayır. Azərbaycanda da dərslərin sentyabrın 15-i başlayacağı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda hazırda sərt karantin rejimi avqustun 5-nə kimi, bütün Azərbaycan üzrə isə ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Əgər karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? Bununla bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, əgər hansısa çox ciddi bir səbəb olmasa, qarşıdan gələn tədris ilində dərslərin ənənəvi qaydada keçirilməsi planlaşdırılır: “Əgər pandemiya ilə bağlı vəziyyət stabilləşməsə, dərslərin onlayn qaydada keçirilməsinə baxıla bilər. Bu, daha çox pandemiya ilə bağlı vəziyyətin stabilləşməsindən asılıdır. Hazırda temp aşağı düşməkdə davam edir. Prinsip etibarı ilə getdikcə nəticələrimiz daha müsbət olmalıdır. Qeyd etməliyik ki, ötən tədris ilində dərslərin onlayn qaydada davam etməsi məktəblərimiz üçün müəyyən çətinliklər yaratsa da burada başqa alternativ yoxdur. Özümüzü və yaxınlarımızı qorumaq, milli təhlükəsizliyimizi təmin etmək üçün zəruri addımlar mütləq atılmalıdır. Vətəndaşların sağlamlığı hər şeydən üstündür”. Deputat qeyd edib ki, bu gün bu məsələ müxtəlif dünya ölkələrində də geniş müzakirə olunur, müxtəlif həll yolları nəzərdən keçirilir: “Azərbaycan bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsini öyrənir, öz yanaşmasını formalaşdırır. Artıq müəyyən irəliləyişlər var. Bildiyiniz kimi, bu məsələ cənab Prezidentin də bilavasitə nəzarətindədir. Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə də cənab Prezident bu məsələyə xüsusilə toxundu. Distant təhsilin əhəmiyyətindən bəhs edərək aidiyyəti strukturlara müvafiq tapşırıqlar verdi. Hesab edirəm ki, bu işin də öhdəsindən dövlətimiz qısa müddətdə uğurla gələcək. Onu da xüsusi qeyd edək ki, burada vətəndaşlarımızın da üzərinə ciddi vəzifələr düşür. Dövlət üzərinə düşəni edir və edəcək. Vətəndaşların böyük əksəriyyəti də qaydalara əməl edir. Ancaq yenə də az sayda olsa da bəzi vətəndaşlarımızın karantin rejimi qaydalarına əməl etmədiyinin şahidi oluruq. Pandemiya təhlükəsinin sovuşması bilavasitə bizim nə qədər məsuliyyətli olmağımızdan asılıdır. Əgər özümüzü və yaxınlarımızı qorusaq, bəla başımızn üstündən tezliklə gedəcək. Əgər qorumasaq, hələ bir müddət bu qaydada çətinliklərimiz və həyatımız davam edəcək”. (konkret.az)Dərslərin sentyabrın 15-də başlayacağı ilə bağlı — AÇIQLAMA



Dərslər bu tarixdən başlayacaq: onlayn, yoxsa canlı?
Bu məktəblərdə sentyabrın 1-dən dərslər başlayacaq
Dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Dərslər hansı formada keçiriləcək?
Azərbaycanda məktəblər AÇILIR? - RƏSMİ AÇIQLAMA
Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?
Dərslər neçə dəqiqə olacaq? - AÇIQLANDI
Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA
İyun ayında karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?
Ekspert: "Birinci kurslar dərslərə başlamayacaq, digər tələbələr isə..."
Quru sərhədlərinin bağlı qalması ilə bağlı - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 