Hazırda “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir. ONN media xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”na əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat məbləğində kompensasiya nəzərdə tutulub. Bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib: “Təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür. Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair). Xahiş edirəm nəzərə alasınız ki, hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir. Qərar qəbul və elan ediləndən sonra verilən bütün suallara dəqiq cavab vermək olacaq”.
Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - Nazirlikdən AÇIQLAMA



Şad xəbər: Elektrik enerjisi ilə bağlı limit artırılır
İşsizlərə birdəfəlik pul veriləcək
Bu şəxslərə 215 manat pul veriləcək
İşsizlərə şad xəbər- 300 manat...
Nazirlər Kabineti prezidentin sərəncamı ilə bağlı İCLAS KEÇİRDİ
Prezidentdən manatla bağlı VACİB SƏRƏNCAM
Koronavirusla bağlı yaradılan işçi qrupun tərkibi - SİYAHI
Elman Rüstəmov nazirlikləri topladı - Məzənnə və qiymətlərlə bağlı QƏRAR
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirildi
İlham Əliyev FƏRMAN İMZALADI
Prezidentdən sahibkarlara ŞAD XƏBƏR - Vergi güzəştləri ediləcək
Təhsil haqqının ödənilməsi ilə bağlı xəbər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 