Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 8-ci bəndinə müvafiq olaraq ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlərin hazırlanması ilə bağlı Azərbaycan Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib. ONN media xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. İclasda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələri iştirak ediblər. İclasda koronavirus pandemiyasının və neftin kəskin ucuzlaşmasının makroiqtisadi sabitliyə, xüsusilə xarici sektora, inflyasiyaya, valyuta bazarına və fiskal balansa, habelə maliyyə sabitliyinə, xüsusilə bank sektoruna mənfi təsirləri müzakirə edilib, makroiqtisadi və maliyyə sabitliyini qorumaq üçün tədbirlərə dair fikir mübadiləsi aparılıb. Yekunda qərara alınıb ki, mövcud vəziyyətin daha dərindən qiymətləndirilməsi üzrə İşçi Qrupunda təmsil olunan qurumlar arasında məlumat mübadiləsi intensivləşdirilsin və bu əsasda makroiqtisadi və maliyyə sabitliyi, o cümlədən məzənnə və qiymət sabitliyinə dair həyata keçirilməli əlavə tədbirlər barədə təkliflər qısa müddət ərzində hazırlanaraq müvafiq qaydada təqdim olunsun.
Elman Rüstəmov nazirlikləri topladı - Məzənnə və qiymətlərlə bağlı QƏRAR



Koronavirusla bağlı yaradılan işçi qrupun tərkibi - SİYAHI
Prezidentdən manatla bağlı VACİB SƏRƏNCAM
İşsizlərə birdəfəlik pul veriləcək
Bu şəxslərə 215 manat pul veriləcək
Nazirlər Kabineti prezidentin sərəncamı ilə bağlı İCLAS KEÇİRDİ
Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - Nazirlikdən AÇIQLAMA
İşsizlərə şad xəbər- 300 manat...
İlham Əliyev FƏRMAN İMZALADI
Məşğulluq və sosial məsələlərlə əlaqədar İşçi Qrup işəgötürənlərə xəbərdarlıq etdi
Şad xəbər: Elektrik enerjisi ilə bağlı limit artırılır
Baş nazir vacib qərar imzaladı - SON DƏQİQƏ
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirildi
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 