"Azərbaycan prezidenti və Azərbaycan dövləti öz humanizm siyasətini davam etdirməkdədir. Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı bunun bariz nümunəsidir". ONN media xəbər verir ki, bunu yazıçı, publisist, "Olaylar" qəzeti və eyni adlı agentliyin baş redaktoru, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bildirib: "Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Növbəti əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub. Dövlət başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb". Y.Oğuz əlavə edib ki, dövlət başçısı tərəfindən mütəmadi olaraq əfv sərəncamlarının verilməsi istər humanizm, dövlətçilik, milli birlik, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük əhəmiyyətə malikdir: "Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin yürütdüyü humanist siyasət xalq tərəfindən yüksək qiymətləndirilir. Bu isə iqtidar-xalq birliyini möhkəmlətməklə yanaşı, əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşmış olur. İndiki koronavirus pandemiyasının hökm sürdüyü bir məqamda əfv sərəncamının imzalanması isə dövlətin, dövlət başçısının öz vətəndaşlarına münasibətinin təzahürü kimi qiymətləndirilməlidir".
Yunus Oğuz: “Prezidentin əfv sərəncamı dövlətin humanizm siyasətinin bariz nümunəsidir”



Əfv sərəncamı kimlərə şamil olundu?
Əfv sərəncamının icrasına başlanıldı
Əfv sərəncamının icrasına başlanıldı
Prezidentdən 620 nəfərə Novruz MÜJDƏSİ
Prezidentimiz bu addımı ilə yüzlərlə ailəni sevindirdi - Deputat
Prezident 176 məhkumu əfv etdi - SƏRƏNCAM
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRANCAM
Əfv olunan 11 qadın azadlığa buraxıldı
Əfv Sərəncamının icrası başa çatdı
28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA
Əfv sərəncamının icrasına başlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 