Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib.
ONN media xəbər verir ki, humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər (teplovizor) daxildir.
Nazirlər Kabinetinin sosial məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə sektor müdiri Lalə Kazımova jurnalistlərə müsahibəsində bu humanist addımına görə Cek Ma və Alibaba fondlarına Azərbaycan hökuməti adından təşəkkür edib. “Bu pandemiyanın tezliklə bütün dünyada daha az itkilərlə bitəcəyinə ümid edirik”, - deyə o əlavə edib.
Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirir. ÇXR-in bu yaxınlarda Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsi bu dostluğun bariz nümunəsidir. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib.



Çin Azərbaycana tibbi yardım göndərdi
ABŞ Azərbaycana yardım ayırır: Koronavirusla mübarizəyə 1.7 milyon dollar
İsrail Azərbaycana yardım göndərdi
Türkiyə Azərbaycana yardım göndərdi - Koronavirusla mübarizə üçün
Moldova səfiri Azərbaycana təşəkkür etdi
Azərbaycan koronavirusla mübarizə üçün İrana 5 milyon dollar yardım göstərəcək
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Çin Azərbaycana 150 min doza vaksin göndərdi
Azərbaycan bu ölkəyə 300 min dollar yardım ayırdı
Qadağa bu tarixədək uzadıldı — QƏRAR
COVID-19-la mübarizə çərçivəsində ABŞ Azərbaycana zəruri avadanlıq göndərib
Ermənistan Ukraynaya humanitar yardım göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 