İsrail ilə Azərbaycan arasındakı tibbi əməkdaşlıq çərçivəsində İsrailin Azərbaycandakı səfirliyi tibbi avadanlıqların ilk hissəsini Azərbaycana təqdim edib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyindən bildirilib. Müvəqqəti işlər vəkili Doron Pe'er tibbi avadanlıqları TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri cənab Ramin Ağayevə və TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin protokol üzrə baş mütəxəssisi Ramin Burcəliyevə təhvil verib. “İsrail Səfirliyi Azərbaycan Hökuməti ilə tibbi və humanitar əməkdaşlığı intensivləşdirir. Bu gün Səfirlik TƏBİB vasitəsi ilə Azərbaycan xəstəxanalarını qabaqcıl tibbi avadanlıqlarla təmin etdi. Bu yardım oktyabr ayında Gəncədə və Bakıda göstərilən təcili tibbi və humanitar yardıma əlavə olaraq gəlib. Bir neçə həftə ərzində Səfirlik tərəfindən daha çox tibbi avadanlıq təhvil veriləcək", - deyə o, bildirib. O qeyd edib ki, 2020-ci il, davam edən qlobal pandemiya və minlərlə insanın yaralandığı və çox sayda insana təsir göstərdiyi silahlı qarşıdurma səbəbindən səhiyyə sistemi üçün çətin bir il oldu. İsrailin Azərbaycanla humanitar əməkdaşlığını gücləndirməsi təbii bir haldır, çünki dostlar belə çətin anlarda bunu edirlər: "2021-ci ilə hazırlaşarkən, ölkələrimiz arasında kənd təsərrüfatı, su idarəedilməsi və suvarma, infrastruktur, innovasiyalar, səhiyyə, ağıllı şəhər planlaşdırması və daha çox sahələrdə əməkdaşlığın artırılmasını gözləyirik. İsrail Səfirliyi qarşıdan gələn yeni ildə dost Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq diləyir!” Qeyd olunur ki, TƏBİB-ə 3 ədəd Koaqulyator 400 HP TOUCH, LED və 6 ədəd EKQ 12 kanal ECG200S 80609274, Cardioline təhvil verilib.
İsrail Azərbaycana yardım göndərdi



ÜST TƏBİB-ə 1 milyon tibbi maska verdi
Çin Azərbaycana tibbi yardım göndərdi
İsrail Azərbaycana humanitar yardım etdi - FOTOLAR
TİKA cəbhəyə tibbi yardım göndərdi
Çin Azərbaycana tibbi humanitar yardım göndərdi
Tibbi xidmət tamamilə pulsuz olacaq? – Ramin Bayramlı AÇIQLADI
Zakir Həsənov TƏBİB əməkdaşlarını təltif etdi
Türkiyədən daha 19 azərbaycanlı həkim ölkəmizə gəldi
Ermənistana 50 ton silah göndərildi - SƏFİRLİK
Ramin Bayramlının səlahiyyətləri ONA TAPŞIRILDI
TƏBİB-dən yeni təyinat
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 