“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər öncə 8, sonra isə 11 aprel tarixində edilmiş xəbərdarlıqlardan nəticə çıxararaq əsassız və lüzumsuz olan icazələri icaze.e-gov.az portalından silib. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ONN media -ya verilən məlumata görə, geri qaytarılan icazələrdə heç bir redaktə aparmayan, əmək müqaviləsi olmayan, icazələri xidməti müqavilə olaraq sistemdə təsdiq etməyən təşkilatların icazələri ilə birlikdə isə, ümumilikdə 170 000-dək icazə isə avtomatik rejimdə ləğv olunub. Hüquqi və fiziki şəxslər tərəfindən qeydə alınmış şəxslərə tövsiyə olunur ki, olduqları yeri tərk etməmişdən öncə onlar üçün müraciət edən qurumdan icazəsinin icaze.e-gov.az portalında aktivliyini dəqiqləşdirsinlər. Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.
Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 48 332 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 692 187 icazə qeydiyyata alınıb və hazırda həmin icazələr aktivdir. Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün isə SMS-lə 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib ki, bunlardan da təqribən 3 milyon 668 mini, yəni 32 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.Qaydalara zidd olan 170 minədək icazə ləğv olundu - Dövlət Agentliyi



"ASAN xidmət"dən xəbərdarlıq: 100 min icazə ləğv oluna bilər
SON DƏQİQƏ: Bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
Azərbaycanda bu şəxslərin küçəyə çıxma icazəsi LƏĞV EDİLİR
İcazəsi ləğv olunan şəxslər nə etməlidirlər? - İZAH
SMS icazə alan və “icaze.e-gov.az”da qeydiyyatdan keçənlərin sayı NƏ QƏDƏRDİR?
Bu icazələr ləğv ediləcək - RƏSMİ AÇIQLAMA
İcazələrin bir hissəsi ləğv edildi
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
SMS-lə icazə alanlara vacib xəbər var
İcazələr yenidən aktivləşdirildi
İcazələr nə vaxta qədər davam edəcək?
Bu şəxslərin icazəsi ilə bağlı yeni qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 