İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək. ONN media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək. 2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur. Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb. Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladırıq: e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur. Daha rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər. Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir işsiz şəxs istənilən gün e-qaydada müraciətini edə biləcək.
Nazirlik elan etdi: Bu şəxslər də pul alacaq - Diqqət



Şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş şəxslərə ŞAD XƏBƏR
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
Daha 20 min işsiz şəxs üçün birdəfəlik ödəniş köçürüldü
190 manatla bağlı əhaliyə vacib xəbərdarlıq
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Martda vaxtı bitən sosial yardımların müddəti uzadıldı - RƏSMİ
Birdəfəlik ödəmə almaq istəyənlərin DİQQƏTİNƏ
Bu şəxslər 190 manatı ala bilməyəcəklər- Rəsmi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 