Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media -ya verilən məlumata görə, işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq, Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir. Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir. Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi



Nazirlik elan etdi: Bu şəxslər də pul alacaq - Diqqət
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Daha 20 min işsiz şəxs üçün birdəfəlik ödəniş köçürüldü
Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Bu şəxslər 190 manatı ala bilməyəcəklər- Rəsmi
25 min işsizin nəzərinə
Daha 20 min işsizə birdəfəlik vəsait ödənildi
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
Hər ay 190 manat almağın ən SADƏ ÜSULU – TAM İZAH
190 manatın ödənişi BAŞA ÇATDI
190 manatla bağlı əhaliyə vacib xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 