Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi ağız maskasına tələbatı artıb. Bununla əlaqədar bəzi insanlar apteklərdə ağız maskasını və tibbi spirti tapmaqda çətinlik çəkdiklərini bildiriblər.
“Report”un əməkdaşı vəziyyəti öyrənmək üçün paytaxtda yerləşən bir neçə aptekə baş çəkib və tibbi ağız maskalarına olan tələbatın həcmini öyrənib.
Apteklərdən birində əczaçı maskaların limitlə satıldığını bildirib:
“Biz bir müştəriyə 5 ədəddən artıq qoruyucu maska satmırıq. Çünki depodan limitlə verilir, hazırda satılıb qurtarıb. Yenidən veriləcəyini gözləyirik. Spirt isə ölkəmizdə istehsal olunduğu üçün limit nəzərdə tutulmayıb. Alıcılıq qabiliyyətinə gəlincə, bu, həmişə olub, lakin dünəndən etibarən alıcıların sayı artıb. Qiymətlərdə isə artım yoxdur. Sadə birqat maska 10 qəpik, 100 ml. spirt 50 qəpiyədir”.
Digər əczaçı isə deyib ki, tibbi ağız maskaları artıq bitmək üzrədir:
"Demək olar ki, depolarda da ağız maskası yoxdur. Əvvəllər limitlə verirdilər, indi onu da vermirlər. Hazırda bir nəfərə iki ədəddən artıq satmırıq. İkiqat maska 20 qəpik, üçqat isə 30 qəpiyə satılır. Spirtin satışında isə limit yoxdur. Qiyməti də əvvəlki kimidir".
Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Bəzi mənbələr İranda 18 nəfərin, bəziləri isə 12 nəfərin öldüyün bildirir. Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə koronavirusun aşkarlanmadığı barədə məlumat yayıb.



Apteklərdə spirt qıtlığı aradan qalxdı
Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA
Apteklərdə tibbi spirt və maska niyə yoxdur?
Azərbaycanda spirt və maskaların satışına nəzarət gücləndirilib
Azərbaycanda tibbi maska istehsal ediləcək
Azərbaycan maskaları gələn həftə satışa çıxarılacaq
Tibbi maskalar bizi VİRUSdan qoruya bilər?
Maska və spirt qıtlığı barədə Operativ Qərargahdan açıqlama
Bakıda tibbi maskalı kişi aptekə basqın etdi
Maska taxmaq vacib olan yerlər – SİYAHI
Əhaliyə zəhərli spirt satılır: Araşdırma başladı
ÜST TƏBİB-ə 1 milyon tibbi maska verdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 