İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov 20 fəaliyyət növü üzrə pandemiyanın təsir dairəsindən zərər çəkmiş sektorlar barədə danışıb. ONN media xəbər verir ki, E.Camalov bildirib ki, bura sənaye sektoru üzrə istehsal da aiddir: "İstehsal dedikdə ərzaq, dərman vasitələri, tütün və spirtli içkilərin istehsalı istisna edilir. Çünki pandemiyanın təsir dairəsində onlara təlabat elə də aşağı düşmür. Digər istiqamət ticarət və ictimai iaşə sektorudur. Bura tur operatorlarımız, mehmanxana və otel tipli yerləşdirilmə vasitələrimiz, hazırlıq kursları, uşaq hazırlıq mərkəzləri, ticarət və topdansatış obyektləri (ərzaq və dərman vasitələri istisna olunmaqla) eyni zamanda sərnişindaşıma və taksi fəaliyyəti də daxildir. Dövlətin çağırışlarına cavab verən sahibkarlar bundan yararlana biləcək. İşçilərin sayında ixtisar olubsa, bu, imtinaya səbəb ola bilər. Həmçinin, riskli vergi ödəyiciləri ilə əməliyyatlar müəyyən olunarsa bu hallarda sistemdən imtina cavabı gələcək. Aprelin 8-dən sistem təminatı işə düşüb. Artıq müraciət edən hüquqi və fiziki şəxslərimiz var. Daxil edildiyi gün məlumatlar yoxlanılır. Təsdiqini tapdığı halda Maliyyə Nazirliyində tranzit hesab vasitəsilə sahibkarın göstərdiyi aktiv bank hesabına qısa müddət ərzində köçürülür”. E.Camalov muzdlu işçilərin əməkhaqqının ödənilməsini meyarına da toxunub: "Müəyyən olundu ki, ölkədə orta aylıq əməkhaqqı 712 manat olub. Burada yuxarı hədd 712 manatdır. 712 manatdan aşağı olan əməkhaqqılar üzrə əməkhaqqı real əməkhaqqı səviyyəsində müəyyən olunacaq. Yəni işçinin 500 manat əməkhaqqısı varsa, ona 500 manat əməkhaqqı veriləcək. Bu əməkhaqqı da iki hissədə aprel və may ayları üçün veriləcək. Yəni 250+250 şəklində. Əməkhaqqının 50 faizini dövlət dəstəkləmiş olacaq. Digəri isə sahibkarlıq subyektinin öz üzərində qalmış olacaq. 712 manatdan yuxarı əməkhaqqı alanlara isə dövlət yenə 712 manat verəcək”.
Azərbaycanda hansı sahələrə yardım ayrılacaq?



Azərbaycanda minlərlə insana ŞAD XƏBƏR - LƏĞV EDİLİR
Banklar bu sahibkarlara da yardım edəcək
Azərbaycanda xüsusi KARANTİN REJMİ GÜCLƏNDİRİLDİ
Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq - DİQQƏT
Bu gündən mollar və ticarət mərkəzləri açılır
Əhali xərclərinin 50%-ni ərzağa edib - SİYAHI
Koronovirusla bağlı Azərbaycanda ediləcək yardım proqramı açıqlandı – RƏSMİ
Dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır - Nazir
Dərman vasitəsinin dövlət qeydiyyatı qaydası təkmilləşdirilir - RƏSMİ
Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı
Əhali 8 ayda nə qədər pul xərcləyib?
Bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 