2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 24,2 milyard manata bərabər olub. ONN media bildirir ki, ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,0 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,2 faiz artıb. Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 5,2 faiz azalıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Əhali 8 ayda nə qədər pul xərcləyib?



Əhali 11 ayda ərzağa nə qədər xərcləyib?
Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?
Əhali bir ayda ərzağa nə qədər pul xərcləyib?
Azərbaycanda ən çox nəyə pul xərclənilir? — SİYAHI
Əhali bir ildə ərzağa nə qədər pul xərcləyib?
Əhali dərmana nə qədər pul xərcləyib?
Azərbaycan əhalisi pullarını hara xərcləyir?
Ölkə əhalisi pullarını ən çox bu məhsullara xərcləyib
Bir ölkə sakini hər ay 300 manatlıq məhsullar alır
Ölkə əhalisi pullarını ən çox nəyə xərcləyib?
Azərbaycanda əhali pullarını əsasən bu məhsullara xərcləyib
Bakı əhalisi qeyri-ərzaq məhsullarına nə qədər xərcləyib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 