“Əgər özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar”. Koronavirus pandemiyası ilə əlaqədar faktiki olaraq, mart ayından etibarən, ölkədə tədris prosesi tamamilə dayandırılıb. Hazırda distant dərslər keçirilsə də, bu təcrübənin gözlənilən effekti vermədiyinə dair iradlar gün-gündən çoxalmaqdadır. Özəl məktəblər isə şagirdlərdən məbləği heç də az olmayan təhsil haqqını hələ tədris ilinin əvvəlində alsalar da, orada da vəziyyət fərqli deyil. Düzdür, dövlət təhsil müəssisələri kimi, özəl məktəblər də çıxılmaz durumdadılar. Lakin valideynləri özəl məktəblərə ödədikləri təhsil haqqının adekvat qarşılığını tələb edirlər. Belə bir vəziyyətdə valideynlərlə özəl məktəblər arasında münasibətlər hüquqi planda necə tənzimlənməlidir? Bu məsələyə münasibət bildirən hüquqşünas Ellada Bayramova qeyd edib ki, yalnız fövqəladə rejimin tətbiq ediləcəyi halda, valideynlər ödədikləri təhsil haqqını geri tələb edə bilməzlər. Digər hallarda isə ödənmiş məbləğ valideynlərə qaytarılmalıdır: “Valideynlər öncədən ödəniş etdikləri halda, özəl məktəb üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, bu zaman təhsil haqqı geri qaytarılmalı və ya distant tədris həmin şagirdlər üçün yüksək səviyyədə təşkil olunmalıdır. İstənilən səbəblə əlaqədar özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludur. Çünki insan alacağı təhsil üçün ödəniş edir. Hazırda distant təhsil reallaşdırılsa da, gedişat arzuolunan səviyyədə deyil. Bu baxımdan, mövcud şəraitdə özəl məktəblər şagirdlərə lazımi səviyyədə təhsil verə bilmir”. Təhsil eksperti Nadir İsrafilov isə mövzu ilə bağlı bildirib ki, öncədən təhsil haqqı ödənişi edən valideynlərin öz iradlarını açıq bildirməmələri bu problemin aktuallaşmasını ləngidir: “Dövlət və özəl status daşımasından asılı olmayaraq, bütün təhsil müəssisələri müvəqqəti fasilədən yaranan boşluğu kompensasiya etmək və proqram materiallarındakı geriliyi aradan qaldırmaq üçün səfərbər olunub. Bu istiqamətdə artıq istər dövlət, istərsə də ayrı-ayrı özəl təhsil müəssisələrində müəyyən təcrübə əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir. Mütəmadi olaraq əlaqə saxladığım bir neçə özəl liseylərdə vəziyyətlə tanışlıq göstərir ki, normal tədris prosesinin həyata keçirilməməsi fonunda təhsil haqqının ödənilməməsi və ya ödənilmiş təhsil haqqına müəyyən güzəştlər edilməsi ilə əlaqədar müəssisə rəhbərləri və ya valideynlər tərəfindən elə də ciddi bir tələb irəli sürülməyib, hansısa narazılıq yaranmayıb. Valideynlərlə anlaşmaya əsasən, internet üzərindən aparılan dərslərə baxmayaraq, koronavirusla bağlı vəziyyətin sabitləşməsindən dərhal sonra 6 günlük dərs həftəsinə keçid, əlavə məşğələlər və ya vəziyyətlə əlaqədar dərs müddətinin uzadılması hesabına proqram materiallarının tam mənimsənilməsi həyata keçiriləcək”.yenicağ
Özəl məktəblər keçmədikləri təhsil proqramının pulunu geri qaytaracaqlar?



Məktəblər nə vaxt açılacaq? - Nazir danışdı
Bütün rusdilli məktəblər LƏĞV EDİLDİ
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Naxçıvanda da məktəblər bağlandı
Marneulidə bütün məktəblər bağlanır
Bu təhsil haqqının 250 manatını dövlət ödəyəcək
Yeni qərar: müəllimlərin 56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalırmı?
DİM-dən ödənişli təhsil alanların NƏZƏRİNƏ
Təhsil Nazirliyindən summativlərlə bağlı açqlama
Məktəblər tədris ilinin sonuna qədər dayandırıldı
DİQQƏT- Bu universitet bağlandı
Azərbaycanda tədris ilinin müddəti uzadılacaq? - RƏSMƏN AÇIQLANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 