Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər. ONN media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib. Onun sözlərinə görə, bələdçilərin müəyyən hissəsi VÖEN qeydiyyatındadır: “Ancaq VÖEN qeydiyyatında olmayan bələdçilər də var və onların məsələsi bir qədər problemlidir. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə bu kateqoriyadan olan bələdçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənəd hazırlamaq istəyir. Bunun mexanizmi hazırlanır”. M.Muradov əlavə ki, koronavirus pandemiyasından zərər çəkən sahibkar 2019-cu ildə dövlətə ödədiyi vergi qədər maliyyə yardımı alacaq. Dövlətin maliyyə yardımı maksimal 5000 manat olacaq. Xatırladaq ki, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur. Yerləşdirmə (hotel), səyahət agentliyi və tur-operator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketinə əsasən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə (bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində “Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdırılıb) qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər. Hazırda ölkənin turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib.
Bu işdə çalışanlara ŞAD XƏBƏR! - Dövlətdən yardım alacaqlar



Bu sahibkarlara 250 manat yardım ediləcək
Yardım istəyənlərin nəzərinə- İqtisadiyyat Nazirliyindən müraciət
Azərbaycanda hotellərlə bağlı yeni tələb
Koronavirusa görə maaş almayanlara şad xəbər
Bakıda yeni polislər İŞƏ BAŞLAYIR
Maliyyə dəstəyi almaq istəyən vergi ödəyicilərinin sayı açıqlandı
Azərbaycanda bu nazirə əlavə səlahiyyətlər verildi - RƏSMİ
Sahibkarlara ödənişlər belə veriləcək - Qaydalar açıqlandı
Ağdam və Füzuli şəhərlərinin turizm konsepsiyaları hazırlanır
Azərbaycanda bu şəxslərə maliyyə dəstəyinin göstərilməsinə başlanıldı
Turizm Agentliyi Şəkidəki hadisəylə bağlı məlumat yaydı
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 