Avqustun 6-na İqtisadiyyat Nazirliyinə koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 095 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 708 fərdi (mikro) sahibkar, cəmi 147 803 vergi ödəyicisi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciət edib. Bu barədə ONN media -ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 273 732 işçini əhatə edən 29 095 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib, digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,19 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,59 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 856 vergi ödəyicisinə 215 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,03 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 708 vergi ödəyicisindən müraciət daxil olub, 111 209 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,55 milyon manat vəsaitin 106 907 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib. Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.
Maliyyə dəstəyi almaq istəyən vergi ödəyicilərinin sayı açıqlandı



Sahibkarlara mühüm XƏBƏRDARLIQ
Yardım istəyənlərin nəzərinə- İqtisadiyyat Nazirliyindən müraciət
Bu şəxslərə ŞAD XƏBƏR: sentyabrın 10-dan sonra...
Onlar may ayında yardım ala bilməyəcəklər - RƏSMİ AÇIQLAMA
Sahibkarlara ödənişlər belə veriləcək - Qaydalar açıqlandı
Azərbaycanda bu şəxslərə maliyyə dəstəyinin göstərilməsinə başlanıldı
Koronavirusa görə maaş almayanlara şad xəbər
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən necə ödənilir? – VİDEOTƏLİMAT
Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər - Nazir
Bu sahibkarlara 250 manat yardım ediləcək
Vergi Məcəlləsində dəyişiklik ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 