“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi arasında yaşanan borc qalmaqalı istilik tariflərinə yenidən baxılmasını gündəmə gətirib. “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, qaz, su, elektrik tarifləri bahalaşsa da, istilik tarifləri dəyişməz olaraq qalıb: “Ümumilikdə “Azəristliktəchizat” ASC istilik tariflərinə baxılması üçün Tarif Şurasına müraciət etmir. Biz dövri olaraq Tarif Şurasına hesabatları təqdim edirik, tariflərlə bağlı qərarı onlar özləri verirlər”. Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda istilik tariflərinə baxılması müzakirə edilmir: “Azəristiliktəchizat ASC tərəfindən tariflərlə bağlı müraciət daxil olmayıb”. Qeyd edək ki, hazırda əhali qrupu üçün istilik tarifləri 1 kvadratmetr yaşayış sahəsi 0,15 manat (aylıq), qeyri-əhali üçün 1 kubmetr isidilən həcm 0,25 manatdır (aylıq).
| Sıra №-si | Xidmətlərin növü | İstehlakçı qrupları | Ölçü vahidi | Tariflər(ƏDV ilə, manatla) |
| I | Mərkəzi isitmə | 1. Əhali üzrə | 1 m2 yaşayış sahəsi | 0,15 (aylıq) |
| 2. Qeyri-əhali üzrə | 1 m3 isidilən həcm | 0,25 (aylıq) | ||
| 1 Qkal | 30,0 |



Əhali istilik xidmətinin 12%-nin pulunu ödəməyib
İstilik qiymətlərində artım olacaq? - RƏSMİ
İstilik sistemləri ilə bağlı YENİLİK
Əhalinin DİQQƏTİNƏ: Bu gündən dayandırılır
Bəzi binalar niyə istiliklə təmin edilməyib? - RƏSMİ
Bu gün evlərə verilən istilik bitir: Vaxt uzadılacaq?
Bəzi binalara istilik niyə verilməyib? - SƏBƏB
Əhaliyə şad xəbər: Vaxt uzadıldı
Binalarda yaşayanlara şad xəbər:SABAHDAN İSTİLİK VERİLƏCƏK
Bakıda bu ərazilərə niyə istilik verilmir?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 