“Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir”. ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib. Prezident bildirib ki, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar: “Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.
Prezident: İşləməyən insanlara yardım göstərilməlidir



İlham Əliyev XƏBƏRDARLIQ ETDİ- VİDEO
Prezident: Bakıda nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur
Nazirdən şad xəbər- 10 günə 50 min nəfər...
Bu il Sumqayıtda şüşə istehsalı zavodu fəaliyyətə başlayacaq
Avqustda da 190 manat ödəniləcək - Prezident GÖSTƏRİŞ VERDİ
Elman Rüstəmov: "Valyuta bazarında vəziyyət..."
Prezidentdən göstəriş- Elə etməliyik ki...
İlham Əliyev ilin yekunlarına həsr olunan konfransda
Karantin rejimi aprelin 20-dən sonra davam edəcək? - Prezidentdən AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”
"Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək"
Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Nazir açıqladı
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 