"Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Əlbəttə ki, indi bizim bütün səylərimiz koronavirusla mübarizəyə yönəldilib. Bu da təbiidir. Məhz bu məqsədlə mənim Sərəncamımla Baş Nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb. Qərargah çox səmərəli işləyir, 24 saat çalışır. Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq". ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün daha da böyük problemlərlə üzləşə bilərdik: "Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq".Karantin rejimi aprelin 20-dən sonra davam edəcək? - Prezidentdən AÇIQLAMA



İlham Əliyev: “Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”
Elman Rüstəmov: "Valyuta bazarında vəziyyət..."
Prezident: Biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq
Kütləvi yoluxmanın qarşısını almışıq- İlham Əliyev
Prezident: İşləməyən insanlara yardım göstərilməlidir
Nazirdən şad xəbər- 10 günə 50 min nəfər...
Azərbaycanda karantin rejiminin vaxtı uzadılacaq - Prezident AÇIQLADI
Aprelin 20-dən sonra müəyyən sahələri aça bilərik - Prezident
“Yaxşı başa düşürük ki, insanlar yorulub…” – Prezident karantin rejimindən danışdı
Azərbaycan 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib - Prezident
İlham Əliyev AÇIQLADI: Əgər istəsək, bir günə...
Bakıda insanların çölə çıxmasına qadağa qoyulacaq? - AÇIQLAMA
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 