Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərin” ikinci turuna münasibət bildirib.
ONN media xəbər verir ki, XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qanunsuz “seçkilər” ilə bağlı AR XİN-in mövqeyi bu ilin 31 mart tarixində ifadə edilib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu məsələyə münasibət bildirərək qeyd etdi ki, “bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır”. Bir daha vurğulayırıq ki, işğalçı ölkənin təşkil etdiyi bu “seçkilər”, neçənci mərhələsinin keçirilməsindən asılı olmayaraq, hər hansı hüquqi qüvvəsi olmayan və qurama oyundan başqa bir şey deyildir.
Ölkəmizin müvəqqəti işğal altında olan Dağlıq Qarabağ böləsindəki bu qanunsuz aktla bağlı beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə bir daha istinad edərək, qondarma “seçkilər” və onların nəticələrinin çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edildiyini xatırlatmaq istərdim. Qondarma “seçkilər” ilə bağlı beynəlxalq ictimaiyyətin üzvləri tərəfindən hələ də bəyanatlar verilməkdə davam edir və bu xüsusda, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur.
Azərbaycan ərazisində seçkilər ölkəmizin Konstitusiyasına uyğun olaraq keçirilir və konkret olaraq ölkəmizin Dağlıq Qarabağ bölgəsində seçkilər hərbi işğal amili aradan qaldırıldıqdan sonra və bölgənin hər iki icmasının iştrakı ilə baş tuta bilər. Bu məsələdə hər hansı əlavə şərhə ehtiyac duyulduğunu zənn etmirəm", - deyə L.Abdullayeva vurğulayıb.



Azərbaycan XİN Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yaydı
Dağlıq Qarabağda qondarma “seçkilər” barədə məktub BMT-nin sənədi qismində dərc edildi
Leyla Abdullayevadan Ermənistan XİN-ə CAVAB
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Səudiyyə Ərəbistanından Dağlıq Qarabağ açıqlaması
Pakistandan Azərbaycana DƏSTƏK
Azərbaycan ABŞ-a nota verəcək - XİN
XİN -dən Qarabağla bağlı Mnatsakanyanın sərt etirazına REAKSİYA
Azərbaycan XİN Cənubi Osetiyadakı qondarma "seçkilər"i tanımır
Erməni TƏXRİBATI: Azərbaycandan UFC prezidentinə ETİRAZ
XİN seçkilərlə bağlı bəyanat yayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 