Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərinə münasibət bildirib.
ONN media xəbər verir ki, bununla bağlı XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlama verib. O deyib ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir və dəyişilməzdir. “Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb. Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Mnatsakanyan sərt reaksiya göstərib və rusiyalı həmkarının fikirlərini qəti şəkildə rədd edib.XİN -dən Qarabağla bağlı Mnatsakanyanın sərt etirazına REAKSİYA



Azərbaycan XİN -dən erməni nazirə CAVAB
XİN: Ermənistan bu məsələni ört-basdır etmək istəyir
Mnatsakanyanın həmsədrlərlə Cenevrə görüşü başladı
XİN: Mnatsakanyan utanmadan təhlükəsizlik problemlərindən danışır
Ceyhun Bayramovdan Mnatsakanyana CAVAB
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Azərbaycan XİN Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yaydı
Qarabağdakı "seçkilər" qurma oyundan başqa bir şey deyil - XİN
Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verdi
Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın roluna xüsusi ümidlər bəsləyirik - Nazir
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 