Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı ünvanlanan sualı Publika.az-a cavablandırarkən deyib.. L.Abdullayeva bildirib ki, səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb: "Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb. Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb. ABŞ tərəfi M.Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb. Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı Səfirliyinə etirazını bildirəcək".
Azərbaycan ABŞ-a nota verəcək - XİN



Qarabağdakı "seçkilər" qurma oyundan başqa bir şey deyil - XİN
Azərbaycan ABŞ-a nota verdi
Bakı bu ölkəyə nota verir - XİN
Azərbaycan XİN Rusiyaya NOTA VERDİ
Masis Mavilyanın Rusiyaya qanunsuz səfəri araşdırılır
Azərbaycandan Avstraliyaya etiraz NOTASI
Erməni TƏXRİBATI: Azərbaycandan UFC prezidentinə ETİRAZ
Azərbaycan Bolqarıstana nota verdi
Azərbaycan Uruqvaya nota verdi
Azərbaycan ABŞ-a NOTA VERDİ
Azərbaycan XİN BMT-yə etiraz etdi
ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 