Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. ONN media xəbər verir ki, bu barədə Fond məlumat yayıb. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır. Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir. Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulub. Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir. Aksiya karantin rejimi müddətində davam edəcək. Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.
Ərzağa ehtiyacı olanların nəzərinə - 150-yə zəng edin!



Aztəminatlı ailələrə Novruz sovqatları paylanılır
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanıldı
Leyla Əliyevanın təşəbbüsü ilə bu ailələrə yardım edildi
Heydər Əliyev Fondu 100 min ailəni sevindirəcək
Heydər Əliyev Fondu kasıb ailələrə bayram sovqatları payladı
Birinci xanımın təşəbbüsü ilə kasıb ailələrə qurban əti paylanır
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı - FOTO
Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır
65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı
2 min aztəminatlı ailəyə yardım ediləcək - Nazirlik
XOŞ XƏBƏR: Daha 488 tələbə təhsil haqqından AZAD EDİLDİ
250 ailə üçün bağ təsərrüfatları salınacaq - FOTO
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 