Bu gün koronavirus pandemiyası dinindən, irqindən, yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq, hamı üçün problemə, bəşəri bəlaya çevrilib. Hazırda, demək olar ki, bütün dünya ünvanın, kimliyin fərqinə varmayan bu infeksiya ilə mübarizə aparır. ONN media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, dünyanın bir parçası olan Azərbaycanda “Biz birlikdə güclüyük” və “Evdə qal” devizləri günün əsas çağırışlarına çevrilib. Azərbaycan dövləti öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri görür, xalqımız həmrəylik nümayiş etdirir. Bütün bunlar isə ölkəmizin hazırkı ağır dönəmdən ən az itkilərlə çıxacağına əminlik yaradır. Bu sınaq günlərində bir-birinə dayaq durmaq, xüsusilə həssas əhali qruplarının qayğılarına diqqət göstərmək, onların ehtiyaclarının ödənilməsinə yardım etmək sosial çağırış və günün tələbidir. Bu məqsədlə cəmiyyətin müxtəlif qrupları, dövlət qurumları, sosial məsuliyyətli sahibkarlar müxtəlif sosial aksiyalar təşkil edir. Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi könüllüləri bu aksiyaların fəal iştirakçılarına çevirib. Bununla belə, təkcə könüllülər deyil, ölkəmizin müxtəlif yaşlı və sosial statuslu vətəndaşları belə aksiyalara qoşulublar. Sosial həmrəylik, yaşlı, tənha, aztəminatlı insanlara dəstək göstərilməsi könüllü hərəkatına yeni vüsət verib. Sosial həmrəylik aksiyalarında biznes nümayəndələrinin iştirakı xüsusilə önəmlidir. Çünki bu, ölkədə korporativ məsuliyyət anlayışının, yaxşı mənada, hər bir şirkətin davranış qaydalarına çevrilməsi üçün bir fürsətdir. Daha bir sosiallıq nümunəsini bu günlərdə İqtisadiyyat Nazirliyinin aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsinə dəstək təşəbbüsünə qoşulan sahibkarlar da göstərib. Ötən həftədən etibarən Nazirliyin təşkilatçılığı ilə həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb. Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər. Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək. Bu çətin günlərdə hamıya sağlamlıq və dözüm arzulayırıq. İnanırıq ki, ölkəmizin, vətəndaşlarımızın normal iqtisadi və sosial həyata qayıdacağı gün uzaqda deyil və bu cür sosial addımlar o günün daha da yaxınlaşmasına bir dəstəkdir.
2 min aztəminatlı ailəyə yardım ediləcək - Nazirlik



Dövlət koronavirusa görə tələbələrə də pul verə bilər - RƏSMİ
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanıldı
Çin Azərbaycana tibbi humanitar yardım göndərdi
Yeni il hədiyyəsi: 42425 ailəyə birdəfəlik yardım verildi
Dövlət başçısı: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcək"
“Milliyyət” sözü “etnik mənsubiyyət” ifadəsi ilə əvəz edildi
Ərzağa ehtiyacı olanların nəzərinə - 150-yə zəng edin!
Gələn il bir ailəyə düşən ünvanlı sosial yardım artırılacaq
Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır
Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
QMİ-dən Abdullahianın sözlərinə SƏRT REAKSİYA
BMT-dən XƏBƏRDARLIQ: "Dünyanın üzərini qara bulud alıb"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 