Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə sovqatlar paylanılır.
Heydər Əliyev Fondundan ONN media-ya verilən məlumata görə, layihə ölkə üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Martın 14-dən etibarən Heydər Əliyev Fondunun ezam olunan əməkdaşları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırır, sakinlər təbrik olunur.
Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olaraq sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, onlara müxtəlif bayramlarda, əlamətdar günlərdə baş çəkir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları, 2017-ci ildə Novruz bayramı münasibəti ilə də respublika üzrə bütün ünvanlı sosial yardım alan ailələrə sovqatlar paylanılmış, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilmiş, hədiyyələr verilmişdi.
Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır. Heydər Əliyev Fondunun bayram sovqatlarının paylanılması martın 19-dək davam edəcək.



Heydər Əliyev Fondu kasıb ailələrə bayram sovqatları payladı
Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır
Heydər Əliyev Fondu 100 min ailəni sevindirəcək
Birinci xanımın təşəbbüsü ilə kasıb ailələrə qurban əti paylanır
Leyla Əliyevanın təşəbbüsü ilə bu ailələrə yardım edildi
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı - FOTO
Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib
Ərzağa ehtiyacı olanların nəzərinə - 150-yə zəng edin!
Ünvanlı sosial yardım alan ailələrin sayı nə qədər artıb?
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Yeni il hədiyyəsi: 42425 ailəyə birdəfəlik yardım verildi
100 manatlıq yardımı kimlər alacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 