Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir. "Mriya" aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən bir nüsxədə istehsal edilib. Hazırda eyni adlı "Antonov Airlines" yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur. Bu, "Mriya"nın (Ukrayna dilində "arzu" deməkdir) Bakıda ilk enişi deyil. Heydər Əliyev Beynəlxalq Aeroportu belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin dünyanın ən iri "Airbus A380" sərnişin laynerini dəfələrlə qəbul edib. https://www.youtube.com/watch?v=LvRSvP_nL2o&feature=emb_title
Dünyanın ən iri təyyarəsi Bakıda eniş etdi - VİDEO



Parisdən qalxan təyyarə təcili Bakıya eniş etdi
Daha bir təyyarə Bakıya təcili qəza enişi edib
İstanbula gedən təyyarə təcili eniş edib
Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir uğur
Heydər Əliyev Beynəlxalq Aeroportu ən gözəl hava limanları sırasında
Daha bir təyyarə Bakıya təcili eniş etdi
İranın hava limanı bağlandı- Bakıya eniş edilir
Bakı səmasında həyəcanlı anlar yaşanıb
Bəzi təyyarələr Bakıya təcili eniş etdi
Təəssüf ki, “Arzu”nu itirdik, amma yenisini düzəldirik
İsrail təyyarəsi Bakıya təcili eniş etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 