Azərbaycanda qeydə alınan pozitiv koronavirus faktlarının 20%-i Rusiyadan gəlmədir. ONN media xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Samur keçid məntəqəsində toplaşan azərbaycanlıların sosial mediada yayılan görüntüləri qəbuledilməzdir: "Rusiyada müvəqqəti əsasda yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və geri qaytarılmasını növbəli şəkildə həyata keçirmək üçün portal yaradılıb. Bu portalın adı " Evə gedirəm" portalıdır. Rusiyada yaşayan vətəndaşlarımız bu portalda qeydiyyatdan keçməlidir. Portal avtomatik olaraq onları sıralayacaq və Azərbaycandakı vəziyyət nəzərə alınaraq onlar ölkəmizə gətiriləcəklər. Portal yaxın günlərdə fəaliyyətə başlayacaq və 5 gün ardıcıl işləyəcək. Daha sonra işinə fasilə veriləcək və informasiya emal olunacaq. 550-yə yaxın Azərbaycan vətəndaşının Rusiyadakı rəsmi qurumlarımıza müraciəti qeydə alınıb. Həmin müraciətlər də onlayn portala yerləşdiriləcək. Rusiyada yaşayan vətəndaşlarımızın fərdi şəkildə sərhəd-keçid məntəqələrinə gəlməsinə ehtiyac yoxdur. Onların növbəlilik prinsipində vətənə qayıtması təmin olunacaq". O bildirib ki, Rusiyada yaşayan vətəndaşlar iki formada ölkəmizə gələ bilər. Belə ki, ölkəyə qayıtmaq istəyən vətəndaşlar üçün quru və su yolu ilə marşurtlar müəyyən ediləcək və növbəli şəkildə gətiriləcək: "Aviasiya yolu ilə gəlmək istəyən vətəndaşlar isə alt sistemdə yerləşdiriləcək və bununla əlaqadar daha sonra açıqlama veriləcək".
Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ



Həftə ərzində 400-500 vətəndaş ölkəyə gətiriləcək - Hikmət Hacıyev
Azərbaycanda karantin rejimi uzadılacaq? - RƏSMİ
Prezidentin köməkçisi sərhəddəki vəziyyətdən danışdı
Rayonlara gediş-gəlişin açılması gündəmdədir - Prezidentin köməkçisi
548 nəfər Rusiyadan Azərbaycana döndü
Azərbaycana Çindən mütəxəssislər gətiriləcək
Hikmət Hacıyevdən karantinin sərtləşdirilməsi SİQNALI
Rusiyadan ölkəyə qayıtmaq istəyən azərbaycanlıların NƏZƏRİNƏ!
Toy və yas mərasimlərinin keçirilməsinə icaz veriləcək? - RƏSMİ
Hacıyev: Virus hələ də bizimlədir və ehtiyatlı davranmalıyıq
Metro nə zaman açılacaq?
"Bəzi vətəndaşlar onlar üçün göndərilən təyyarədən imtina etdi"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 