“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) daha bir əməkdaşı kanalla yollarını ayırıb.
ONN media xəbər verir ki, telekanalın “İctimai-siyasi verilişlər” Departamentinin əməkdaşı, “ATV xəbər”in müxbiri Elvin Dəmirli işdən ayrılıb. O, bu barədə öz “Facebook” səhifəsində məlumat verərək, iş yerindən öz istəyi ilə ayrıldığını qeyd edib. “Bu da son. Bu sözləri yazmaq mənə çətin gəlsə də, deməliyəm ki, öz istəyimlə 10 ildən artıq çalışdığım ATV Telekanalı, ATV XƏBƏR kollektivi ilə yollarımı ayırdım. Məni tanıyanlar bilir ki, bu müddət ərzində “ATV XƏBƏR”in inkişafı üçün bacardığım, əlimdən gələn hər şeyi etdim. Günümün xeyli hissəsini keçirdiyim ATV mənə yaxşı dostlar qazanmaqda, əlaqələri inkişaf etdirməkdə çox kömək oldu. Neynəmək olar, qismət belə imiş. Orada bir vaxtlar çalışmış, indi isə müxtəlif vəzifələrdə işləyən və mənim jurnalist kimi yetişməyimdə dəstək olan, eyni zamanda hazırda da ATV-də çalışan hər kəsə, həmkarlarıma sonsuz təşəkkürümü bildirirəm. Haqqınızı Halal edin. Bu gündən etibarən isə fəaliyyətimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunda davam etdirəcəyəm. Yeni iş yerimdə də bacarığımın ən yaxşısını etməyə çalışacağam. Əziz jurnalist həmkarlarım və dostlar. Qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa, cavablandırmağa hazırıq. Göstərəcəyiniz dəstək üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm”. Qeyd edək ki, bundan əvvəl tanınmış aparıcı Lalə Azərtaş da ATV-dəki işindən ayrılıb.Daha bir əməkdaşı ATV-ni TƏRK ETDİ



ATV-nin daha bir əməkdaşı nazirlikdə vəzifəyə təyin edildi
SON DƏQİQƏ: AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu, 1-i öldü
Elməddin Quliyevə YÜKSƏK VƏZİFƏ verildi
Səmra “Maşın”dan yazdı: “Heç nə itirmədim”
"Direktor başımdan bir neçə zərbə endirdi" - "EMBAVUD"dan ŞİKAYƏT
Xoşqədəm Hidayətqızı “Xəzər”dən getməsinin səbəbini AÇIQLADI
CBC-də kadr dəyişikliyi: Yeni təyinatlar...
Əri “Toppuş bacı” ilə bağlı GÖRÜN NƏLƏR DEDİ - Bütün SİRRİNİ AÇDI
Dünən işdən çıxarılan icra başçısı: "Ziya Məmmədov dedi ki, birdən çaşarsan..."
Kamil Şahverdiyev Speys TV-dən getdi
“Mehriban Əliyeva mənim harayıma çatdı” - Yalçın Rzazədə
Bakıda nazirlik əməkdaşı dünyasını dəyişdi - SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 