Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və Ekoloji Təhlükəsizlik Xidməti birgə müraciət yayıb. ONN media xəbər verir ki, müraciətdə balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə mayın 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovlanmasını dayandırmaları, balıqların təbii artımına və çoxalmasına bilavasitə maneə yaradan əməllərdən çəkinmələri bildirilir. Qeyd olunub ki, qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamılə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yaradır: "Ona görə də bütün balıqçılara tövsiyə edirik ki, müəyyən olunmuş tələblərə əməl etsinlər və sivil balıqçılıq qaydalarını mənimsəsinlər. Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslərə qarşı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qanunamüvafiq tədbirər görüləcək, cinayət işinin açılmasınadək ciddi cəza tədbirləri tətbiq olunacaq". Su Nəqliyyatında Polis İdarəsi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkənin su hövzələrində əməliyyat və nəzarət tədbirlərini davam etdirir.
Bu tarixlərdə balıq ovlanmasını dayandırın! - Xəbərdarlıq



Balıq ovu edənlərin DİQQƏTİNƏ
Balıq ovu ilə bağlı MÜHÜM XƏBƏR: Sabahdan...
Su Nəqliyyatında Polis İdarəsindən XƏBƏRDARLIQ
Azərbaycanda bu qadağa qüvvəyə minir: Sentyabrın 1-dək...
Balıq tutmaq istəyənlərin NƏZƏRİNƏ
Balıqların qiyməti bahalaşacaq?
Əhaliyə ÇAĞIRIŞ - Bu qadağa sentyabrın 1-dən ləğv olunur
Nazirlikdən balıq ovu ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Kürə 400 min balıq buraxılacaq
İradə İbrahimova- "Balıqçılar bunu niyə düşünmür"
Su polisindən bu şəxslərə xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 