Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva "Xəzər Xəbər"ə bildirib ki, qadağa balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədardır.
Onun sözlərinə görə, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye balıq ovuna moratorium qüvvəyə minib. Qadağa sentyabrın 1-nə qədər davam edəcək.Rəis müavini qeyd edib ki, qaydanı pozanlarla bağlı ciddi tədbirlər görüləcək.
Bəs balıq ovuna qoyulan qadağa daxili bazarda qiymətlərə təsir edə bilərmi? Satıcı İlkin Novruzov deyir ki, qadağa bazarda yerli balıqların sayını bir qədər də azaldacaq. Amma bunun ciddi qiymət artımına səbəb olcağı gözlənilmir.
Satıcı onu da əlavə edib ki, mövsümün bitməsi ilə əlaqədar balığa təlabat azalacaq və qiymətlərdə enmələr müşahidə olunacaq.
Qeyd edək ki, Xəzər dənizində isə sənaye balıq ovuna qadağa mayın 1-dən etibarən tətbiq ediləcək.



Su Nəqliyyatında Polis İdarəsindən XƏBƏRDARLIQ
Bu gündən qadağa başladı
Azərbaycanda bu qadağa qüvvəyə minir: Sentyabrın 1-dək...
Balıq tutmaq istəyənlərin NƏZƏRİNƏ
Bu tarixlərdə balıq ovlanmasını dayandırın! - Xəbərdarlıq
Balıq ovu edənlərin DİQQƏTİNƏ
Əhaliyə ÇAĞIRIŞ - Bu qadağa sentyabrın 1-dən ləğv olunur
Nazirlikdən balıq ovu ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Bu il nə qədər balıq ovlamaq olar?
Su polisindən bu şəxslərə xəbərdarlıq
Xəzərin Bakı sahillərində balıqlar qırılır - SƏBƏB AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 