Balıqların kürütökmə dövrü ilə əlaqədar sabahdan, 1 may 2020-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir. ONN media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlanmasından imtinaya və qaydalara əməl etməyə çağırıb: "Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirəm." Xidmət rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib: "Son günlər keçirdiyimiz reydlər nəticəsində istifadəsi qadağan edilən 9 537 metr uzunluğunda sintetik tor, 2 928 ədəd qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”. Nazirlik rəsmisi nəzarət tədbirlərinin ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində davam etdirildiyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.
Balıq ovu ilə bağlı MÜHÜM XƏBƏR: Sabahdan...



Balıq ovu edənlərin DİQQƏTİNƏ
Azərbaycanda bu qadağa qüvvəyə minir: Sentyabrın 1-dək...
Balıq tutmaq istəyənlərin NƏZƏRİNƏ
Bu tarixlərdə balıq ovlanmasını dayandırın! - Xəbərdarlıq
Su Nəqliyyatında Polis İdarəsindən XƏBƏRDARLIQ
Balıqların qiyməti bahalaşacaq?
Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
Kürə 400 min balıq buraxılacaq
Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxıldı
İradə İbrahimova- "Balıqçılar bunu niyə düşünmür"
Su polisindən bu şəxslərə xəbərdarlıq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 