Aprelin 20-dən başlayan və 26-da başa çatdırılacaq “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir. ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. A.Əliyevanın sözlərinə görə, “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvənddən kənarda qalan uşaqlar peyvəndlənməyə cəlb ediləcəklər: “Bunun üçün uşaqlar tibb müəssisəsinə gətirilməlidir. Valideynlər SMS-lə icazə alaraq, tibb müəssisəsinə gəlməlidirlər. Tibb müəssisələri də peyvənd otaqlarında tələb olunan şəraiti yaradaraq valideynləri telefonla dəvət etməlidir”. A.Əliyeva qeyd edib ki, tibb müəssisələrinin məsul işçiləri valideynlərlə telefonla əlaqə saxlayaraq uşaqlarda hərarət və digər xəstəlik əlamətlərinin olub-olmadığını öyrənməlidirlər. Belə uşaqlar olarsa, onların tibb müəssisəsinə dəvət edilməsinə ehtiyac yoxdur. Direktor müavini peyvəndə tam sağlam uşaqların cəlb edilməsini də vacib sayıb: “Tibb müəssisəsinə dəvət edilən uşağın ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmalı deyil. Əgər uşaq sağlamdırsa, ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmayıblarsa, onda uşağı peyvənd etdirmək üçün tibb müəssisəsinə gətirmək olar”. Mərkəz rəsmisi əlavə edib ki, sıxlıq yaranmasın deyə, valideynlər tibb müəssisələrinə növbə ilə dəvət edilməlidirlər: “Eyni saata düşən valideynlərin sayı 10 nəfərdən çox olmamalıdır. Peyvəndə gələn valideynlər də bir nəfər uşaqla gəlməlidirlər ki, insanların təması azalsın”.
Səhiyyə Nazirliyi bu ailələrə xəbərdarlıq etdi - ƏTRAFLI



Peyvəndlənməyən uşaqlarla bağlı yeni qərar
Nazirdən vaksinasiya ilə bağlı əmr
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Tibbi göndərişlərlə bağlı YENİLİK
İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı
Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə... - Rəsmi
Nazir göstəriş verdi: 20-40 yaş arası hərkəs...
Səhiyyə Nazirliyindən AÇIQLAMA
Səhiyyə Nazirliyi: "Havanın temperaturu getdikcə yüksəldiyi üçün..."
İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradıldı
Azərbaycanda nə qədər qızılcaya yoluxan var?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 