Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova deyib.
Onun sözlərinə görə, hər il olduğu kimi bu il də ölkədə aprel ayının sonuncu həftəsində “İmmunlaşdırma həftəsi” keçirilir: "İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib.
Səhiyyə naziri Teymur Musayevin 24-30 apreldə respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır".
Şöbə müdiri qeyd edib ki, immunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur: "Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur. Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri tərəfindən “İmmunlaşdırma həftəsi” çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub".
Nazirlik rəsmisi əlavə edib ki, tibb müəssisələrində vaksin və peyvənd materiallarının tam təminatı təşkil edilir: “İmmunlaşdırma həftəsi” zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması nəzərdə tutulur. Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir: "Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanılır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır".



Nazirdən vaksinasiya ilə bağlı əmr
Səhiyyə Nazirliyi bu ailələrə xəbərdarlıq etdi - ƏTRAFLI
Nazir göstəriş verdi: 20-40 yaş arası hərkəs...
Böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq
Şagirdləri qızılcadan necə qoruyaq?
Mayın 12-dək MÜAYİNƏDƏN KEÇİN! - Əhaliyə XƏBƏRDARLIQ
Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı
Səhiyyə Nazirliyindən əhaliyə QIZILCA ilə bağlı müraciət
Səhiyyə Nazirliyindən bu şəxslərə xəbərdarlıq
Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - RƏSMİ AÇIQLAMA
Azərbaycana qızılcaya qarşı vaksin gətirildi - Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 