Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi və sosial öhdəliklərinin əhəmiyyətli dərəcədə azaldılması təklif olunur. ONN media xəbər verir ki, iqtisadçı ekspert Qalib Toğrulun fikrincə, bununla taksi xidmətləri ucuzlaşa bilər. 1 apreldən qüvvəyə minən vergi və sosial öhdəlikləri müqayisə edən ekspert şəhərlər üzrə taksi sürücülərinin nə qədər ödəyəcəyini də açıqlayıb: “Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar hazırda 18 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir ki, bu da ayda cəmi 80.50 manat edir. Bundan sonra isə 9 manat sadələşdirilmiş vergi, 30 manat məcburi sosial sığorta haqqı ödəyəcək. Yəni ayda cəmi 39 manat. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar isə 13,50 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyirdi. Bundan sonra isə 6,75 manat sadələşdirilmiş vergi, 22,50 manat məcburi sosial sığorta haqqı, yəni ayda cəmi 29,25 manat ödəyəcək. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar 9 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir. Bundan sonra isə 4.5 manat sadələşdirilmiş vergi, 15 manat məcburi sosial sığorta haqqı ödəyəcək”. Ekspertin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər də ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə - “Fərqlənmə nişanı” alarkən ödəyəcəklər.
Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır



Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
Taksi sürücülərinin DİQQƏTİNƏ
Vergilər Nazirliyindən vergi ödəyicilərinə MÜRACİƏT
Taksi sürücüləri buna görə ödəniş edəcəklər
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Naxçıvanda yeni vergi güzəşti tətbiq edilir
Vergi ödəyicilərinin nəzərinə! - Bunları mütləq bilin!
Bu şəxslərə vergi güzəştləri tətbiq olunacaq
Vergi Məcəlləsinə son dəyişikliklər KİMLƏRİN xeyrinə olacaq?
Bu şəxslər vergi ödəməyəcək
Yanvarın 1-dən ödənişlər artır- DİQQƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 