ONN media Trend-ə istinadən xəbər verir ki, Vergi Məcəlləsinə son dəyişikliklər layihəsində fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərin, yəni sabit vergi ödəyicilərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Hazırda sabit vergi ödəyicisi siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışan ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.
2019-cu ildən artıq bu siyahıya bərbərlər (sabit məbləğ 20 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) da daxil ediləcəklər. Bununla da onların vergi yükü xeyli azalacaq, baxmayaraq ki, sabit məbləğlərə əmsallar da tətbiq ediləcək. Nəzərdə tutulan əmsallar isə dəyişməz olaraq qalacaq. Belə ki, Bakı şəhərində bu əmsal (kənd və qəsəbələr daxil olmaqla) 2.0, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1.0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0.5 olacaq. Məsələn, Bakıda işləyən bərbər 40 manat (20 manat sabit məbləğ x 2 əmsal), dərzi və ofisiantlar isə 20 manat (10 manat sabit məbləğ x 2 əmsal) ödəyəcəklər. Digər bir misal: bu qaydaya əsasən, Gəncədə bərbər 30 manat (20 manat sabit məbləğ x 1.5 əmsal), dərzi və ofisiantlar isə 15 manat (10 manat sabit məbləğ x 1.5 əmsal) vergi ödəyəcəklər.
Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, əslində yeni qanun böyük bir şey tələb etmir: "Fərdi qaydada işləyən şəxslər əvvəllər də vergi ödəyicisi idilər, dəyişikliklər qüvvəyə mindikdən sonra onlar sabit qaydada vergi ödəyəcəklər".
Qeyd olunub ki, bu yeniliklər fərdi qaydada sahibkarlıqla məşğul olan şəxsləri əlavə vergi inzibatçılığından azad edəcək: "Qanun Milli Məclis tərəfindən qəbul edilib və qüvvəyə mindikdən sonra fərdi qaydada işləyən sahibkarlar bu barədə məlumatlandırılacaq".
Nazirlikdən bildiriblər ki, yeni qayda əslində sahibkarlar üçün çox əlverişlidir: "Məsələn, hazırda Bakıda işləyən bərbər gəlirin 4%-ni (digər bölgələrdə - 2%) ödəyirsə, 2019-cu ildən o, gəlirindən asılı olmayaraq vergini sabit formada ödəyəcək. Bu ona görədir ki, fərdi qaydada işləyən şəxslər əlavə vergi inzibatçılığından azad edilsin, həm də vergi yükü yüngülləşdirilsin. Bu, kiçik sahibkarlığa edilən güzəştlərdən biridir. Bununla yanaşı, onlar vergi orqanına hər rüb uzrə bəyannamənin təqdim edilməsindən də azad ediləcək".



Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Yeni qərar: Tamadalar, dərzilər, çalğıçılar...
Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır
Taksi sürücülərinin DİQQƏTİNƏ
Naxçıvanda yeni vergi güzəşti tətbiq edilir
Bu şəxslər vergi ödəməyəcək
Taksi sürücüləri buna görə ödəniş edəcəklər
Maliyyə dəstəyi almaq istəyən vergi ödəyicilərinin sayı açıqlandı
Bu müəssisələrə vergi güzəşti tətbiq ediləcək
Diqqət: Toylarla bağlı bunu etmək mütləqdir!
Vergi ödəyicilərinin nəzərinə! - Bunları mütləq bilin!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 